azia.az
azia.az

Alimlərdən ilginc iddia: Sağlam həyat tərzi təhlükəlidir...

10-10-2018, 01:26

Alimlər sağlam həyat tərzinin insan üçün təhlükəli olduğunu düşünürlər.

Azia.az Oxu.az-a istinadən xəbər verir ki, belə qənaətə Polşadakı Lodz Tibb Universitetinin mütəxəssisləri gəliblər.

1999-2010-cu illər ərzində keçirilən araşdırmalarda 24 mindən çox adam iştirak edib. Alimlər pəhrizlərlə müxtəlif səbəbdən baş verən ölüm halları arasındakı bağlılığı araşdırıblar.

Məlum olub ki, bədənində karbohidrat səviyyəsinin az olduğu insanlarda vaxtsız ölüm riski 32 faiz artıq olub. Bu, daha çox piylənmədən əziyyət çəkməyən yaşlı insanlarda müşahidə olunub.

Alimlər belə nəticəyə gəliblər ki, karbohidratlardan az istifadə təhlükəlidir və ürək-damar xəstəliklərindən, eləcə də xərçəng xəstəliyindən ölüm halları riskini müvafiq olaraq 13 və 8 faiz artırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi