azia.az
azia.az

Gömrükçülər 4 mindən çox pirotexniki vasitə müsadirə edib (FOTO)

27-12-2017, 11:45

Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə 4345 ədəd pirotexniki vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən bu malların hamısı idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdiyi minik avtomobillərində aşkar olunub.

Həmin avtomobillərdən birinin arxa oturacağından yük bölməsinin bitdiyi hissəyə qədər kustar üsulla hazırlanmış gizli saxlanc yerində 1825 ədəd pirotexniki vasitə aşkarlanıb. Digər iki avtomobildə gömrük nəzarətindən gizlədilən 2520 ədəd pirotexniki vasitə isə nəqliyyat vasitələrinin hərəkətdə olan təkərlərində aşkar edilib.

Bütün faktlarla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi