azia.az
azia.az

QHT təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri davam edir - FOTO

12-09-2021, 19:49

QHT təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri davam edir - FOTO
Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri davam edir.

Azia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə təşkil edilən səfərdə 160-dan çox QHT təmsilçisi iştirak edir.

Onlar şəhərdəki Yuxarı Gövhərağa məscidində olacaq, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacibəylinin güllələnmiş heykəllərini ziyarət edəcəklər. Nümayəndə heyəti, həmçinin ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binalarına baxacaq, aparılan təmir-bərpa işləri ilə yaxından tanış olacaqlar.
QHT təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri davam edir - FOTO
QHT təmsilçilərini müşayiət edən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev səfərin əhəmiyyəti barədə nümayəndə heyətinə məlumat verib.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçilərinin Şuşaya səfəri sentyabrın 11-də başlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi