azia.az
azia.az

Azərbaycanın GİZLİ PLANI: “Ermənistanın cənubuna və dəhlizə sahib olmaq istəyir” - Abrahamyan

27-08-2021, 15:47


“Şübhə etmirəm ki, Azərbaycan Ermənistandan dəhliz əldə etmək istəyir”.
Azərbaycanın GİZLİ PLANI: “Ermənistanın cənubuna və dəhlizə sahib olmaq istəyir” - Abrahamyan
Erməni mətbuatına istinadən xəbər verilir ki, bu fikirləri “şərəfim var” partiyasından olan deputat Tiqran Abrahamyan səsləndirib. O bildirib ki, Azərbaycanın atdığı aqressiv addımların arxasında məhz bu plan dayanır.

“Strateji məqsədlərə gəlincə, Azərbaycan üçün ən başlıcası Ermənistanın cənub hissəsinə sahiblənməkdir. Bizim üçün isə Mehri və Aqarak-ın təhlükəsizliyi ən vacib məsələdir” – deyə Abrahamyan vurğulayıb.

Abrahamyan da digər həmkarları kimi sərsəm və əsassız açıqlamalar etməklə, sərhəddə baş verənlərin məsuliyyətini Ermənistan hakimiyyətinin üzərindən atmaq istəyir. Onun “Azərbaycan guya Ermənistanın cənub hissəsinə sahiblənmək istəyir” açıqlaması isə təxribatdan başqa bir şey deyil. Çünki Ermənistanın cənubunda Kiçik Qafqazın tərkib hissəsini təşkil edən Zəngəzur silsiləsi (Zəngəzur, Mehri və digər ərazilər qədim Azərbaycan torpaqlarıdır) yerləşir. Sərhədlərin delimitasiya və demarkasiya prosesinə uyğun olaraq sözügedən ərazilər məhz Azərbaycanın nəzarətinə keçməlidir. Ermənistan isə hər vəchlə proseslərə mane olmağa çalışır və Abrahamyanın açıqlaması da məhz buna hesablanıb.

Müşviq Tofiqoğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi