azia.az
azia.az

Jurnalist "Kitab bizdən, oxumaq sizdən" kampaniyasına qoşulub

14-07-2021, 11:53

Jurnalist Sübut Mehdiyev "Kitab bizdən, oxumaq sizdən" vətəndaş təşəbbüsü kampaniyasına qoşulub. Jurnalist kampaniya çərçivəsində 100-ə yaxın kitabı təşkilatçılara təqdim edib.
Jurnalist "Kitab bizdən, oxumaq sizdən" kampaniyasına qoşulub
Bu kampaniya Məhkumların bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarını daha səmərəli keçirmələri üçün “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi Ədliyyə Nazirliyi ilə birgə 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində keçrilir.

Qeyd edək ki, Məhkumların bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarını daha səmərəli keçirmələri üçün “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi Ədliyyə Nazirliyi ilə birgə 2021-ci il "Nizami Gəncəvi İli" çərçivəsində "Kitab bizdən, oxumaq sizdən" devizi altında vətəndaş təşəbbüsü kampaniyasını keçirir.

Kampaniyanın məqsədi penitensiar müəssisələrin kitabxana fondlarının müxtəlif bədii, publisistik və digər elmi kitablarla zənginləşdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin mütaliə marağının artırılmasıdır.
Jurnalist "Kitab bizdən, oxumaq sizdən" kampaniyasına qoşulub
Kampaniyaya qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, habelə nəşriyyatlar, kitab mağazaları, şair, yazıçılar və digər vətəndaşlar qoşularaq oxuduqları kitabları cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edə bilərlər.

Bununla əlaqədar kitabları “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin ofisinə (Ünvan: Bakı ş, Mətbuat pr.529-cu məhəllə. Azərbaycan nəşriyyatı, 3-cü mərtəbə, 120-ci otaq), həmçinin +994 55 3251 838 nömrəli telefonlarla əlaqə saxlamaqla təqdim etmək olar.

Kitabları gətirən şəxslərlə "Kitab bizdən, oxumaq sizdən" şüarı ilə hazırlanan xüsusi baner önündə fotolar çəkilərək sosial mediada paylaşımlar ediləcəkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi