azia.az
azia.az

Necə olub ki, “Bayraktar” vurub, amma Paşinyanın oğlu sağ qalıb?

5-05-2021, 19:16


Ermənistan parlamentinin müstəqil deputatı Gevork Petrosyan baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın 44 günlük Qarabağ müharibəsi zamanı oğlunun ön xətdə, “Ermənistan ordusunun ən çox itki verdiyi istiqamətdə” döyüşdüyü haqda dediklərini “sərsəmlik” adlandırıb.
Necə olub ki, “Bayraktar” vurub, amma Paşinyanın oğlu sağ qalıb?
Onun fikrincə, belə görünür ki, Paşinyan hərbi mövzuda danışmazdan əvvəl hərbi mütəxəssislərlə məsləhətləşmir, nəticədə bu cür sərsəm açıqlamalar verir. “Dünən bildirdi ki, onun oğlu döyüşdə, ön xətdə olub, yanındakı əsgər həlak olub, amma bu təsadüfən sağ qalıb. Sən heç olmasa hərbi xadimlərlə məsləhətləş. Necə ola bilər ki, “Bayraktar”ın zərbəsinə görə yan-yana dayanan iki adamdan biri həlak olur, digərinə heç nə olmur? Doğrudanmı səndə utanan üz yoxdur? Bəsdir axı. Sən artıq öz ailə üzvlərini də hərraca çıxarmısan ki, özünü xilas edəsən. Amma bu keçməyəcək”,-deputat deyib.



Paşinyanın oğlunun Qarabağ müharibəsində iştirakı barədə şübhələr o vaxtdan mövcuddur. O, müharibənin əvvəllərində oğlunu, daha sonra arvadını Qarabağa “döyüşməyə” göndərmişdi. Lakin Paşinyanın daha əvvəl əsgərliyini Azərbaycanın işğal altında olan ərazilərində hərbi xidmət keçmiş oğlunu döyüşlərdə görən olmamışdı. Bəzi məlumatlara görə, o, haradasa Xankəndi tərəflərdə baş girələyib və yanında cangüdənlər olub.



Paşinyan bu şübhələri aradan qaldırmaq üçün parlamentdə çıxışı zamanı oğlunun Ermənistan ordusunun “ən çox itki verdiyi” istiqamətdə (görünür Cəbrayıl istiqaməti nəzərdə tutulur,-red.) döyüşdüyünü deyib. “Həmin vaxt onun yanında olan əsgər həlak olub, həmin əsgərin kimliyi məlumdur”,-Paşinyan bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi