azia.az
azia.az

Xoşqədəmin bəd niyyəti: Vətən müharibəsində sabotaj

1-11-2020, 15:43


Vətən müharibəsi gedir, 7-dən 77-ə hər kəsin ürəyi Qarabağla döyünür, Ali Baş Komandanın atdığı tvitlər, xalqa etdiyi müraciətlər həyatımızın ən gözəl hadisəsinə çevrilib. Azərbaycan əsgəri cəbhədə tarix yazır.
Xoşqədəmin bəd niyyəti: Vətən müharibəsində sabotaj


O əsgər ki, dinindən, milli kimliyindən asılı olmayaraq, Azərbaycan əsgəridir: aralarında talışı da, ləzgisi də, rusu da, yəhudisi də, bir sözlə milli palitramızda yer alan hər kəs var. Çünki biz azərbaycanlıyıq.


Biz bir yumruq kimi birləşmiş xalqın və bu yumruq Prezident İlham Əliyevin bəyan etdiyi kimi, düşmənin başına zərbə kimi endirilir.


Amma Xəzər TV-də veriliş aparan, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun tör-töküntülərindən biri olan Xoşqədəm Hidayətqızı sözün əsl mənasında ağzının danışığını bilmədən, bu birliyə zərbə vurur.


Onun “Həta talışlar da döyüşür” ifadəsi ölkəni, xalqı bölməkdən başqa bir şey deyil.


Mənasız və absurd çıxışları ilə cəmiyyətin zövqünu korlayan bu aparıcının belə ifadəni işlətməsinin səbəbləri maraqlıdır.


Birincisi, Xoşqədəm Hidayətqızının intelektual səviyyəsinin aşağı olmasıdır. Görünür ki, xanım aparıcı nə danışdığını bilmir. Onun intelekt səviyyəsinin necə olduğu da bunu deməyə əsas verir.


İkincisi, bunun təxribat olması ehtimalı böyükdür. Ümumiyyətlə belə bir ifadənin işədilməsi həmişə qəbuledilməz olub, Vətən müharibəsinin getdiyi vaxtda bunun dilə gətirilməsi sabotajdır.


Məhz indiki zaman və şərait aparıcının məqsədinin bu olduğu versiyasını gücləndirir. Onun Əli Həsənovla bağlantıları fonunda da məqsəd aydın görünür:


Milli birlik ruhuna zərbə endirmək.


Görünür, kimlərsə xalqın Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsindən narahatdır.


Xoşqədəm Hidayətqızı Xəzər TV-dəki fəaliyyəti biznesdən başqa bir şey deyil. Nə maarifləndirici, nə də cəmiyyətə xeyir verəcək heç bir iş görmür. Gah həkimləri pul qarşılığında verlişinə çıxarır, gah müğənniləri. Ayda 10-15 min manat pul qazanan bu aparıcının özbaşınalığına göz yuman TV rəhbərliyinin də günahı var.


Xəzər TV-nin rəhbəri Murad Dadaşovun buna göz yumması da təəssüf doğurur. Çünki ona dövlətimiz böyük etimad göstərərək, bu telekanala rəhbər gətirdi və əsas vəzifəsi telekanalın milli maraqlara uyğun fəaliyyətini təşkil etməkdir.

Ancaq Murad Dadaşovun hələki bu etimadı, gözləntiləri doğrutlmadığı ortadadır. Bəlkə də onun televiziya sektorunda ciddi təcrübəsinin olmaması da burada rol oynayan faktordur. Lakin cəmiyyət olaraq, Xəzər TV rəhbərliyinin tezliklə bu səhvi düzəldəcəyinə inanırıq.


Atılacaq ən doğru addım Xoşqədəm Hidayətqızının efir məkanından uzaqlaşdırılmasıdır.



Biz Vətən müharibəsi aparırıq, şou çıxarmırıq!


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi