azia.az
azia.az

Ermənistanın tam məğlubiyyətini elan etməsi an məsələsidir - Ölkə ÇÖKÜB

17-10-2020, 15:46

Ermənistanın tam məğlubiyyətini elan etməsi an məsələsidir - Ölkə ÇÖKÜB
20 günə yaxındır ki, Qarabağ uğrunda qanlı savaş gedir. Bu savaş hərbi itkilərlə yanaşı iqtisadi ziyanla da müşahidə olunur. Bu müharibənin hansı tərəf üçün uğurla sonuclanacağı təbii ki, həmin dövlətin iqtisadi dayanıqlılığından və gücündən asılıdır. Ona görə hər iki ölkənin iqtisadi potensialları ilə bağlı xırda bir araşdırma apardıq.

Aparılan paralellər onu göstərdi ki, bütün iqtisadi və sosial seqmentlər üzrə Azərbaycan çox güclüdür. Belə ki, Azərbaycanın 2020-ci il üçün Dövlət büdcəsi 15 milyard ABŞ dolları, Ermənistanın bu ilki dövlət büdcəsi isə vur–tut 3,5 milyard ABŞ dollarıdır. Fərq Azərbaycanın lehinə 5 dəfə böyükdür. Deməli, Azərbaycan bu savaşda daha güclü tərəf kimi görünür.

Əgər xarici təzyiq və müdaxilə olmasa, böyük iqtisadi gücə malik Azərbaycan ən qısa zamanda başlanılan zəfər yürüşünü uğurla başa çatdıracaq və Azərbaycanın 3 rəngli bayrağı Şuşada, Xankəndində və digər işğal altında olan ərailərdə qürurla dalğalanacaq. Fikrimizin təsdiqi üçün beynəlxalq maliyyə institutlarının hazırladığı bir neçə hesabata da baş vurduq.

Bir çox hesabatlarda Azərbaycan bütün parametrlərlə Ermənistanı böyük fərqlə üstələyir. Belə ki, Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının 2019-cu ilin yekunlarına görə birgə hazırladığı hesabatda Ümumi Daxili Məhsulun həcminə görə 188 dövlət arasında Azərbaycan 75-ci, Ermənistan isə 132-ci sırada qərarlaşıb. BMT-nin FAO təşkilatının ərzaq təhlükəsizliyi üzrə bu ilin martında hazırladığı hesabatda Azərbaycan 78 ölkə arasında 25-ci, Ermənistan isə 51-cı yerdədir.

Belə ki, hər il Azərbaycanda 2 milyon, Ermənistanda isə cəmi 100 min ton ərzaqlıq taxil istehsal olunur. Fərq müqayisəyə gəlməyəcək qədər böyükdür. Azərbaycan demək olar ki, öz ərzaq təhlükəsizliyini daxili istehsal hesabına ödəyir. Ermənistan haqqında isə bunu demək gülməli olardı. Deməli, müharibənin uzanacağı təqdirdə Ermənistan nəinki əhalisini, heç əskərini belə çörəklə təmin etmək iqtidarında deyil. Perspektiv üçün daha bir beynəlxalq hesabata baxaq.

“Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin son hesabatında Azərbaycanın dollar istiqrazları Dağlıq Qarabağ münaqişəsi fonunda Ermənistan istiqrazlarına nisbətən daha yaxşı vəziyyətdədir, bu da neft və qaz sərvətləri ilə Bakının bu böhranın daha yaxşı öhdəsindən gələ biləcəyini göstərir. Hesabatda qeyd olunur ki, beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan ərazilər uğrunda sentyabrın 27-dən etibarən döyüşlərin başlaması ilə hər iki dövlətin istiqrazlarının gəlirliliyi aşağı düşüb.

Ancaq adambaşına düşən gəlirə görə yoxsul ölkə olan Ermənistanda daxili problemlərlə bağlı bu ölkənin istiqrazları daha da ucuzlaşıb. Münaqişə ərəfəsində sentyabrın 21-dən bəri Azərbaycanın 2024 və 2029-cu illərədək tədavül müddəti olan istiqrazların gəlirliliyi təxminən 1%, Ermənistanın 2025 və 2029-cu illərə olan istiqrazlarının gəlirliliyi isə müvafiq olaraq 4,5% və 3,5% azalıb.

“Azərbaycan istiqrazları daha yaxşı vəziyyətdədir, çünki münaqişə və pandemiyanın qısamüddətli mənfi riskləri azdır”, – bunu ölkənin xarici valyuta ehtiyatlarına və tədavüldə olan 3 milyard ABŞ dollardan az avrobondlara əsaslanaraq “ING Bank”ın strateqi Trieu Pham deyib.

Xatırladaq ki, “Fitch” tərəfindən kredit reytinqi “BB+” səviyyəsində təsdiqlənən Azərbaycan ölkəni maliyyə buferi ilə təmin edən ümumi daxili məhsulun (ÜDM) təqribən 85%-nə bərabər 43,2 milyard ABŞ dollarlıq suveren sərvət fonduna sahibdir. “Fitch” sentyabr ayında Ermənistanın kredit reytinqini isə “B+” səviyyəsinə endirib. Agentlik döyüşlərin davam etməsi və pandemiya səbəbindən bu il Ermənistan iqtisadiyyatının 6,2% kiçiləcəyini, dövlət borcunun ÜDM-yə nisbətinin isə 63,9%-ə yüksələcəyini proqnozlaşdırıb.

Onu da qeyd edək ki, Ermənistanın bu ilin iyun ayına olan məlumata görə, xarici borcu 7 milyard 721 milyon ABŞ dollarıdır. Bu isə ölkə büdcəsindən 2 dəfə çoxdur. Eyni zamanda Ermənistanın ÜDM-nin 70 faizinə bərabərdir. Mütəxəssislər hesab edir ki, dövlətin xarici borcları ümumdaxili məhsulun 50 faizini keçirsə, deməli, həmin ölkə iqtisadi məhvə doğru gedir. 70 faizlik fərq isə artıq geriyə dönüşü olmayan bir haldır. Bununla parallel Azərbaycanın xarici borcu 10 milyard ABŞ dollarına yaxındır. Bu isə ÜDM-nin 13 faizinə bərabərdir. Nəzərə alaq ki, Azərbaycanın valyuta ehtiyatları 45 milyard ABŞ dolları civarındadır. Yəni borclarında ən azı 4 dəfə çoxdur. Ermənistanın valyuta ehtiyatı isə vur-tut 1,5 milyard dollardır.

Bu da bir daha sübut edir ki, müharibə bir-neçə ay çəkəcəyi təqdirdə Ermənistanın bütün resursları tükənəcək. İqtisadi məsələlər üzrə ekspert Əkrəm Həsənli deyir ki, “Ermənistən bu vaxtadək beynəlxalq yardımlar və ianələr hesabına ayaqda qalıb. Bu gün müharibədə istifadə etdiyi silahlar da cənab İlham Əliyevin dediyi kimi Rusiyadan pulsuz gətirilən silahlardır. Bu silahların çoxunun istismar vaxtı qurtarıb və yaxud istifadəsi qadağan edilib. Lakin məğlubiyyətdən qurtulmaqdan ötrü Ermənistan hər bir yola gedir. Təbii ki, Rusiya Ermənistana yardımları təmənnasız etmir. İstənilən dəstəyin əvəzi gözlənilir. Bu da o deməkdir ki, Ermənistan siyasi cəhətdən olduğu kimi iqtisadi cəhətdən də Rusiyanın vassalına çevrilir. Amma Rusiyanın beynəlxalq sanksiyalara məruz qaldığı bir vaxtda Rusiya daha uzun müddətə Ermənistana iqtisadi-hərbi və siyasi yardım göstərəcəyi inandırıcı deyil. Ona görə də Ermənistan bu müharibətə bütün seqmentlər üzrə məğlubiyyətə məhkumdur”.

Rusiya mətbuatının məlumatına görə hər döyüş günü Ermənistan dövlətinə təxminən 10 milyon dollara başa gəlir. Bu hesabla artıq Ermənistan 2 milyard dollardan çox itkiyə məruz qalıb. Bu itki isə Ermənistanın valyuta ehtiyatlarının üçdə birinə, Dövlət büdcəsinin isə yeddidə birinə bərabərdir…

Ermənistanın iqtisadi süqutunun daha bir göstəricisi isə son günlər Ermənistan prezidentinin və Baş nazirinin xarici dövlətlərə və erməni milyonçulara yalvarışlarıdır. Məsələn, ötən günlərdə tirajlanan xəbərlərdə deyilir ki, Ermənistan prezidenti Armen Sarkisyan Londonda yaşayan erməni milyonçu Vaçe Manukyana zəng edib. Ondan maddi dəstək istəyib.

Amma “Quyuya su tökməklə quyuda su olmaz”… Həm də “Qonşuya ümid olan gecə şamsız qalar”. Ona görə də Ermənistanın qaranlıqlara qərq olunacağı vaxtda çox az qalıb.

KONKRET.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi