azia.az
azia.az

DEPUTATLIĞA NAMİZƏD VASİF QAFAROV MİLLƏTİ TƏHQİR ETDİ – FOTO

17-02-2020, 02:13



78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarov facebook səhifəsindən təhqiramiz ifadələr əks olunan paylaşım edib.
DEPUTATLIĞA NAMİZƏD VASİF QAFAROV MİLLƏTİ TƏHQİR ETDİ – FOTO
Belə ki, Növbədənkənar Parlament seçkilərində məğlub olan namizəd, bu məğlubiyyətin hirsini, milləti təhqir etməklə, seçkidə iiştirak edən nümayəndələri fahişə adlandırmaqla soyudub.

Namizdə təhqiramiz paylaşımında qeyd edir ki, “bu rayonun konstitusiya haqqını əlindən alan seçki saxtakarlığı edən şəxslər öz bədənini satan fahişədən daha betər fahişələrdir”.

Deputatlığa namizəd bu təhqirlə yanaşı, “demək hələ nə dövlət ola bilmişik, nə də millət” ifadəsi işlətməklə, Azərbaycan dövlətinə və millətinə qarşı da laqeyid münasibətini bu paylaşımında açıq ifadə edib.

Daha sonra ictimai qınağa tuş gələn namizəd facebook səhifəsindən həmin paylaşımı silmək məcburiyyətində qalıb.
DEPUTATLIĞA NAMİZƏD VASİF QAFAROV MİLLƏTİ TƏHQİR ETDİ – FOTO
Baxın, dəyərli oxucular, görün kimlər deputat olmaq istəyirmiş. Hələ deputat olmamışdan ağzına sahiblik etməyən belə namizədlər, nə yaxşı ki, Leriklilərin etimadını qazanmayıb. Yoxsa bu söyüşləri Parlamentin yüksək tribunasından eşidərdik. Bu isə təmsil etdiyi seçicilər üçün əsil utanc hissi olardı.

Onu da qeyd edək ki, Namizəd seçki saxtakarlığını müşahidə edibsə, bununçün təhqir etməli deyil, MSK-na sübutlarla müraciət etməlidir.

Azərbaycan Cinayət Qanunvericiliyinin tələbinə görə isə təhqir cinayət hesab olunur.

Hesab edirik ki, hüquq mühafizə orqanları, sosial şəbəkədə belə şəxslər tərəfindən təhqiramiz paylaşımlar dərhal nəzarətə götürülməli və Qanunun tələblərinə uyğun ciddi tədbir görülməlidir !

İlqam Cəbiyev / UTVİNFO xəbər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi