azia.az
azia.az

Məmməd Aslanın qızı: “Hər şeyi burdadır, bircə özü yoxdur”

2-02-2020, 15:06

Məmməd Aslanın qızı: “Hər şeyi burdadır, bircə özü yoxdur”
Bir müddət öncə mərhum şairimiz Məmməd Aslanın qızı Təbrizə Aslan atasının əlyazmalarının, şəxsi əşyalarının bir yerə toplanması üçün Ev Muzeyinin yaradılmasının zəruri olduğunu qeyd etmişdi.
Ancaq ötən müddət ərzində bu istiqamətdə heç bir iş aparılmayıb. Aiddiyatı qurumlar hələ də susur.
Modern.az saytına açıqlamasında Təbrizə Aslan deyib ki, atası sağlığında Sumqayıtda yaşayıb: “Atam öz otağını da kitabxana etmişdi. İndi onun bütün əşyalarını oğlum düzəltdiyi kitabxanaya yerləşdirib”.
Təbrizə Aslan atasının əşyalarını görəndə göz yaşlarını saxlaya bilmədiyini də söyləyib: “Oğlum öz otağını kitabxana kimi düzəldib. Babasının bütün kitabları, şəxsi əşyaları oradadır. Atamın rəssamın çəkdiyi çoxlu portret şəkilləri vardı. Hamısı divara vurulub. Hər dəfə otağa girəndə kövrəlirəm. Hər şeyi burdadır, bircə özü yoxdu.

"Həyatdır da! Belə olmalı imiş”.

Mərhum şairin qızı atasını unutmayanlardan da söz açıb: “Modern.az saytına təşəkkür edirəm, sağ olun ki, atamı unutmursuz, tez-tez yad edirsiz. Bir də ailə dostumuz Cavid Qurbanova təşəkkür edirəm. 2019-cu ilin 23 dekabrında Muğam Mərkəzində Cavid Qurbanovun təşəbbüsü ilə Məmməd Aslanın doğum günü idi. Atamı unutmayanlara “sağ olsunlar” deyirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi