azia.az
azia.az

Yaxşıya yaxşı demək vicdan borcudur

9-10-2019, 11:12

Yaxşıya yaxşı demək vicdan borcudur
Redaksiyanın elektron poçt ünvanına oxucu məktubu daxil olmuşdur. Yazını olduğu kimi dərc edirik.
23 avqust 2019-cu il tarixində xəbər saytınızda yayımlanmış "Xalik Məmmədov cənub bölgəsində sosial narazılıq yaradır - Vitse-prezidentin adı FETÖ siyahısından necə “silindi”? başlıqlı məqalə bir oxucu kimi məni məyus etdi. Uzun illər ərzində tanıdığım və şəxsiyyətinə ehtiram bəslədiyim bacarıqlı və nümunəvi rəhbər şəxsin haqqında dərc olunmuş yazını yolverilməz hesab edirəm.
Məlumat üçün bildirirəm ki, 2005-ci ildən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) daxilində kadr siyasəti, habelə peşəkar mütəxəssislərin hazırlanmasına və ya cəlb olunmasına yönələn müxtəlif proqramlar və layihələr, o cümlədən Bakı Ali Neft Məktəbi, Azərbaycan-Britaniya Kolleci (Bakı İstedadlar Təhsil Kompleksi), Daxili təqaüd proqramı, Xarici təqaüd proqramı, Almaniyada yay düşərgəsi, Təlim mərkəzlərinə şagird qəbulu, Ödənişli istehsalat təcrübəsi, ASAN könüllülərinin test imtahanları, SOCAR yay məktəbi, Yay təcrübəsi, “İnsan Resurslarının Transformasiyası” layihəsi uğurla həyata keçirilməkdədir. Yuxarıda qeyd olunanların və digər çoxsaylı işlərin reallaşdırılması naminə əzmlə çalışan və SOCAR işçisi olmayan neçə-neçə universitet tələbəsinin xaricdə təhsil almasına, SOCAR-da işlə təmin edilməsinə və vəzifədə irəli çəkilməsinə diqqət göstərən, valideyn himayəsindən məhrum olmuş 100-dən çox gəncin SOCAR-ın təlim mərkəzlərində təlim kurslarına cəlb olunması və onların sonradan iş və mənzillə təminatı məsələlərini həll edən obyektiv və fədakar rəhbərin məqalədə yazılanlarla heç bir əlaqəsi yoxdur.
Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 22 aprel 2013-cü il tarixli, 57 nömrəli əmri ilə təsdiq olunmuş Kadr Siyasətinə əsasən, Şirkət daxilində insan resurslarının seçilməsi, davamlı inkişaf, karyera yüksəlişinin planlaşdırılması, motivasiyanın idarə edilməsi, sosial təminat, əməyin mühafizəsi və digər məsələlərin həlli məhz həmin şəxsin diqqətindədir. Bildirirəm ki, SOCAR-da insan resurslarının idarə edilməsi bərabər imkanların yaradılması prinsipinə uyğun olaraq işçilərin müsabiqə yolu ilə seçilməsi; işçilərin davamlı inkişafı üçün peşəkar təlimlərin təşkil edilməsi; işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi vasitəsilə vəzifə funksiyalarının icra vəziyyətinin və səriştələrinin ölçülməsi nəticəsində onların karyera yüksəlişinin planlaşdırılması və vəzifədə irəli çəkilməsi; işçilərin maddi və qeyri-maddi (psixo-sosial) ehtiyaclarını müəyyən edərək onların səmərəli fəaliyyətini təmin edən həvəsləndirmə sisteminin qurulması və tətbiqi; istehsalat obyektlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması ilə təmin olunur.
Eyni zamanda, bildirirəm ki, bu məktubdan həmin şəxsin xəbəri yoxdur və vicdanımın səsinə qulaq asaraq bu məktubu yazıram. 50000 nəfərdən çox işçi heyətinə malik SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çoxsaylı kadr məsələləri ilə məşğul olmasına və gərgin iş qrafikinə baxmayaraq, mədəni davranışı ilə onu əhatə edən mühitə nümunə olmağı bacaran, təkəbbürdən uzaq, sadə və səmimi bir insandır. O, ayrı-ayrı qurumların nümayəndələrinin iştirakı ilə keçirilən iclaslarda ictimai əhəmiyyətli məsələlərə layiqli vətəndaş mövqeyini nümayiş etdirməklə yanaşı, diqqətli və həssas münasibəti ilə təhsil və iş problemlərinin həlli üçün qəbuluna gələn vətəndaşlara kömək etməyi özünə borc bilir. Bütün bunlar təkcə mənim düşündüklərim deyil, bu gün SOCAR-da çalışan gənclərin böyük əksəriyyəti onu özünə uzaqgörən rəhbər hesab edir.

Qeyd olunanları nəzərə alaraq, xəbər saytınız vasitəsilə yayımlanmış yazı ictimaiyyət arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi irimiqyaslı işlərə inamsızlıq yaratmağa xidmət etməklə, SOCAR-ın kadr rejiminin pozulmasına və Kadr məsələlərinə cavabdeh olan məsul rəhbərin nüfuzdan salınmasına və bütövlükdə dövlətçiliyin dayaqlarının sarsılmasına yönələn qərəzli addım kimi qiymətləndirilir. Bildirirəm ki, reallığa uyğun olmayan bu xəbəri yayan informasiya vasitəsinin rəhbəri və yazının müəllifi qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

P.S. Yeri gəlmişkən, yazının mənbəyi olan istiqlal.az saytı xəbərlə bağlı təkzib verib.

Bəşirov Zaur Manaf oğlu
Avropa Komissiyasının "Avropa və Beynəlxalq Təşkilatlarda Proqram Rəhbəri" ixtisas dərəcəsi üzrə magistr
ABŞ-ın Corc Vaşinqton Universitetinin "Layihələrin idarə edilməsi" proqramı üzrə magistr


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi