azia.az
azia.az

Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol

20-09-2019, 11:05

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev haqqında bir neçə söz
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Uşaqlıqdan daim hərəkətdə olmağı, dinamikliyi, hətta maşın sürməyi də çox sevirdi. Tez böyüyüb, ürəyində tutduğu bütün arzularına qovuşmaq istəyirdi. Bunlar Ehtiramın uşaqlıq düşüncələri idi. Amma sən saydığını say... atasının vaxtız vəfatı ailənin vəziyyətini ağırlaşdırmışdı. Anası İmmi xanım uşaqlarının qayğısız böyüməsi üçün min bir əziyyətə qatlaşmışdı. Gecəsini-gündüzünə qatıb, bütün ağır işlərdə çalışırdı. Lakin ailə böyük olduğundan, qayğıların həllinə nail olmaq çox çətin idi. Böyük qardaşı Oktay erkən vaxtlardan anasına kömək edərək, qardaş-bacılarının yaxşı dolanması üçün əlindən gələni əsirgəmirdi. Gəncliyini demək olar ki, onların yaxşı dolanmasına, yaxşı təhsil almasına sərf etdi. Ehtiram bunlardan xəbərsiz, hələ də öz uşaqlığını yaşayırdı. Qardaşı Oktayı öz atası bilirdi.
Ehtiram da həddi-buluğa çatmışdı. Kənd həyatı onu çox bərkə-boşa da salmışdı. Böyüdükcə ana və qardaşının onlar üçün nə qədər əziyyət çəkdiyini dərk etməyə başlamışdı. Ona görə də elə bu çağlarından tez böyüyüb ailəsinə kömək etməyə can atırdı. Çalışırdı ki, az da olsa onların yükünü azaltsın. Lakin qardaşı onun ali təhsil almasını istəyir və bunun üçün əlindən gələni əsirgəmirdi. Zaman öz axarı ilə gedirdi. Səkkizinci sinfi bitirən Ehtiram daha evdəkilərə çətinlik yaşatmamaq niyyətilə evdən xəbərsiz Bakıya gələrək sənədlərini Bakı Maşınqayırma Texnikumuna verir. Texnikuma qəbul olaramsa evə xəbər edərəm, yox, qəbul olmaramsa burada qalıb, zavodların birində işə düzələrəm deyə öz-özlüyündə gələcək planlarını götür-qoy edir.
...Artıq o, tələbə adını qazanmışdı. Çox keçmir ki, bu sevinci bütün ailəsi bilir. Ana üçün bundan gözəl hədiyyə nə ola bilərdi həyatda. Həyat yoldaşı İsrayıl kişi vəfat edəndən sonra üzü gülməmişdi. İndi İmmi ananın yanağından sevinc göz yaşları axırdı. Çox şükür Alahım, bu günü görməyi mənə qismət etdin deyərək əlini Uca Tanrıya qaldırıb dua edirdi. Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Ehtiramsa ailəsinin maddi vəziyyətinin o qədər də yaxşı olmadığını bildiyindən onlara yük olmaq istəmirdi. Texnikumda oxuduğu illərdə bir qarın ac, bir qarın tox yaşasa da, bunu ailəsinin yanında biruzə vermirdi.
Bu o illər idi ki, ölkədə vəziyyət getdikcə ağırlaşırdı. Qarabağdan və ətraf rayonlardan gələn hər qara xəbər bütün ölkə gəncləri kimi, Ehtiramın da qəlbinə ox olub batırdı. Hər gün televiziyanın qarşısında oturub, cəbhə xəbərlərini dinləyir, tələbə yoldaşlarına deyirdi: Daha burda əlimizi qoynumuza qoyub oturmaq olmaz. Mübarizə aparmalı, öz Vətənimizi qorumalı, onun yolunda canımızı fəda etməliyik!
...1992-ci ilin yayı idi. Ehtiram təhsilini başa vurub orduya getməyə qəti qərar verir. Erməni vandalları Xocalıda xalqımıza qarşı min bir işgəncələr vermiş, ana, uşaq, yaşlı bilmədən əllərinə keçən hər kəsi qətlə yetirmişdi. Sağ ələ keçənləri isə əsir götürərək min bir işgəncələrə məruz qoymuşdu. Bir neçə gündən sonra o, könüllü orduya yazıldı. Ehtiramın qəlbi qisas hissi ilə döyünürdü.

Fiziki cəhətdən qüvvətli olmasını nəzərə alaraq onu Azərbaycanda ilk yaradılan Xüsusi Təyinatlılara qəbul edirlər. Bəlkə də bu Allahın ona verdiyi bir şans idi ki, özünü bu çətin sınaqda sübut eləsin. Zabitlərin əksəriyyəti Əfqanıstan döyüşçüsü idi. Bunun üçün də onlar müharibənin nə olduğunu yaxşı bilirdilər. Zabitlər yaxşı bilirdilər ki, müharibədə adi bir səhv əsgərlərin həlak olmasına gətirib çıxara bilərdi. Onun üçün də əsgərlərə qarşı nizam-intizamlı, tələbkar idilər... Sonradan bu hərbi hissə hərb tariximizdə adını qızıl hərflərlə yazmış 777 saylı hərbi hissə kimi tarixə həkk oldu. Təsadüfi deyil ki, 777 saylı hərbi hissədən 14 döyüşçü Azərbaycanın ən yüksək fəxri adına - “Milli Qəhrəman” adına layiq görülmüşdü. Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol Onlardan 4-ü bu gün də öz əməlləri ilə xalqına xidmət edir. Əfsanəvi komandirimiz General-leytenant Rövşən Əkbərov yenədə hərbidə öz peşəsini şərəflə davam etdirir.
...Ehtiram Əliyevin xidmət etdiyi hərbi hissəni Naxçıvana göndərmişdilər. Dağlıq Qarabağ və ətraf rayonlarda olduğu kimi, burada da vəziyyət son dərəcə ağır idi. Düşmən hər tərəfdən Naxçıvan Muxtar Respublikasına hücumlar təşkil edirdi. Sədərəkdən gələn hər qara xəbər, orada yaşayanları təlaşa salmışdı. Əlavə qüvvələrə ehtiyac vardı. O, Sədərəkdə, Batabatda, Salvartı yaylağında erməni silahlı birləşmələrinə qarşı aparılan döyüş əməliyyatlarında yaxından iştirak edirdi. Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Onun ilk döyüşü Salvartı yaylağında oldu. Düşmən Sisiyan istiqamətindən güclü hücuma keçmişdi. Onların məqsədi yüksəklikləri ələ keçirib, daim əhalini atəş altında saxlamaq idi. Elə ilk döyüşdə Ehtiram özünün nəyə qadir olduğunu sübut etdi. Komandirlərin və döyüş dostlarının yanında hörməti birə - beş artdı. Beləliklə heç bir itki vermədən qəhrəman döyüşçülərin sayəsində, düşmən qüvvələri geri oturduldu. Həmin vaxtlarda Sədərək istiqamətində də ağır döyüşlər gedirdi. Erməni silahlı birləşmələri strateji əhəmiyyət kəsb edən bu ərazini nəin bahasına olursa-olsun Naxçıvandan ayırmağa çalışırdılar. O zaman nizami Milli Ordunun olmaması səbəbindən Sədərəki yerli özünümüdafiə taborları və polis dəstələri qoruyurdu. Qüvvələr nisbəti qeyri bərabər olduğundan H. Əliyevin qətiyyətli addımları sayəsində bura yeni qüvvələr gətirildi. Ağır gedən döyüşlərdə Ehtiram Əliyevin xidmət etdiyi hərbi hissə Sədərək ərazilərinin düşməndən geri alınmasında xüsusi fədakarlıq göstərdi. Düşmənin bir neçə texnikası və onlarla canlı qüvvəsi məhv edildi. Məhz döyüşçülərimizin qəhrəmanlığı sayəsində Sədərək əraziləri erməni quldur dəstələrindən təmizləndi. Ancaq Xüsusi Təyinatlılardan da həlak olanlar az deyildi. Bu səbəbdən hərbi hissəni yenidən formalaşdırmaq üçün müəyyən vaxt lazım gəlirdi. Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Bakıda 17-18 gün təlim keçdikdən sonra 1993-cü ilin iyul ayında E. Əliyevin xidmət etdiyi hərbi hissə Ağdam bölgəsinə göndərildi. Cəbhəyanı ərazilərimizdə olduğu kimi burada da vəziyyət ağır idi. Demək olar ki, Ağdam rayonu büsbütün işğala məruz qalmışdı. Ağır gedən döyüşlərdə, 3 kənd - Əfətli, Yusifcanl, Novruzlu kəndləri qəhrəman döyşçülərin sayəsində geri alındı.
1993-cü il... Avqustun 23-ü... Düşmən ağır texnika ilə Füzuli rayonunun Əhmədbəyli kəndinə hücuma keçdi. Əsas strateji yüksəkliklər düşmənin əlində idi. Bu isə əməliyyatın gedişini xeyli çətinləşdirirdi. Buna baxmayaraq ordumuz əzmlə döyüşür, erməni yaraqlılarını geri çəkilməyə məcbur edirdi. Döyüşlərin birində E. Əliyev sürünə-sürünə 28 nəfər döyüşçü ilə yaxınlıqdakı təpəyə qalxdı. Burdan düşmən mövqeyini görmək mümkün idi. Ardıcıl zərbələrdən sonra düşmənin 2 texnikası alova büründü. Düşmən bu zərbədən çaşbaş qalaraq geri çəkilməyə məcbur oldu. Fürsəti əldən verməyən cəsur döyüşçülərimiz qənimət olaraq bir tankı da ələ keçirməyə müvəffəq oldu. Bu uğurlu əməliyyat, bir neçə kəndin geri alınması ilə yadda qaldı.
1994-cü il... yanvar ayının 5-i... Mübarizə davam edir, düşmən hücumlarını artırırdı. Ordumuz əlavə qüvvə alaraq yenidən hücuma keçdi. E. Əliyevin xidmət etdiyi dəstə fürsətdən istifadə edərək düşmənin arxasına keçdi. Yaraqlılar sarsılmışdı. İki gün davam edən ağır döyüşdə düşmən 45 km geri oturduldu. Lakin... atılan güllələrdən biri Ehtiramı yaralayır. O, yaralanmasına baxnayaraq yoldaşlarını tək buraxmır. Axı axıradək onlarla birlikdə olacağına and içmişdi. Qısa müddət müalicə olunduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdır.
20 aprel 1994-cü ildə hərbi hissəni Tərtər bölgəsinə göndərdilər. Burada da döyüşlər ara vermirdi. Milli Ordunun əsgərləri düşmənə qarşı mətnlə vuruşurdular. Burada bir neçə əsgər, zabitimiz şəhid olsa da fədakar döyüşçülərimizin iradəsi qırılmadı. Əksinə daha da möhkəmləndi, bərkidi. Düşmənin həmin istiqamətdəki mənfur niyyətlərini boşa çıxmasına nail ola bildilər.
E. Əliyev 1996-cı ilin avqust ayında ordudan tərxis olundu. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon polis idarəsində işlədi.
2000-ci ildə tələbəlik sevinci yaşadı. O, əvvəlcə Beynəlxalq və Şəhərlərarası Avtovağzalda sərnişindaşımanın rəis müavini, hazırda isə həmin şöbənin rəisi vəifəsində öz işini şərəflə davam etdirir.
Gözəl ailə başçısıdır. İmmixanım, Elvin, Emin adlı 3 övlad atasıdır.Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sylı fərmanı ilə Əliyev Ehtiram İsrayıl oğluna “ Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Mərdlik, igidlik, hünər, bir də yüksək Vətənpərvərlik hissi... Bunlar qəhrəmanlıq deyilən bir zirvədə birləşiblər. O zirvədə ki, insan olum, ya da ölüm məqamı ilə üzləşir. Taleyinə ölüm yazılanlar şəhidlik zirvəsində qərar tutur. Adi bir təsadüf üzündən qalanlar isə həmin o şəhidlik zirvəsini görüb qayıdanlardı. Hər iki halda məna və məzmun eynidir: Qəhrəmanlıq!! Vətən uğurunda canını fəda vermək , bir də ölümün gözünə mərdliklə, hünərlə baxmaq qüdrəti... Azərbaycanın Milli Qəhrəmanı kimi ən yüksək ada laiq görülmüş Ehtiram İsrayıl oğlu Əliyev kimi...
Yurda bağlılığı, torpağa məhəbbəti, insanlığa sevgini öncə valideynlərindən, sonra isə müəllimlərindən öyrəndi və onları əsgər yoldaşlarına öyrətməyə çalışdı. Döyüş dostları da, onunla çiyin-çiyinə durmaqdan qürur duydular. Ehtiram Əliyev bu gün o adət-ənəni işlədiyi kollektivdə də qoruyub saxlayır. Dosta sadiq olmağı, düşmənə isə hədsiz nifrət hissini gənclərə aşlamağa çalışır.

Vüqar Əsgərov,
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının Redaktoru , Ssenarist


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi