azia.az
azia.az

Vilayət Eyvazovdan yeni təyinat

8-02-2021, 14:17

Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Azia.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polkovnik-leytenant Zahir İsmayılov Suraxanı Rayon Polis İdarəsinin Tədqiqat şöbəsinə rəis təyin olunub.

Bu təyinata qədər Z.İsmayılov Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi