azia.az
azia.az

“Regional İnkişaf” İctimai Birliyinin Aran-1 regional mərkəzi yaradılıb

19-04-2016, 16:11

“Regional İnkişaf” İctimai Birliyinin Aran-1 regional mərkəzi yaradılıb Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Aran-1 regional mərkəzi fəaliyyətə başlayıb.
Fonddan bildirilib ki, İctimai Birliyin Salyan şəhərində keçirilən toplantısında qeyd olunub ki, Aran bölgəsi üzrə fəaliyyətin daha əhatəli və səmərəli olması üçün RİİB burada iki regional mərkəzin yaradılmasına qərar verib. Təşkilatın Aran-1 regional mərkəzinin fəaliyyəti Salyan, Biləsuvar, Saatlı, Hacıqabul, Neftçala rayonlarını və Şirvan şəhərini əhatə edəcək, regional mərkəz isə Salyan şəhərində fəaliyyət göstərəcək.
RİİB-in sədri Məhəmməd Abdullayev Salyanda keçirilən toplantıda təşkilatın vəzifələri barədə məlumat verərək bildirib ki, İctimai Birliyin məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Bölgələrdə əhalinin elm, təhsil, səhiyyə, idman, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, turizm, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi, onların həlli məqsədilə vətəndaşlarla dövlət orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın qurulmasına, informasiya axınına köməkliyin göstərilməsi əsas vəzifələrdəndir.
Bildirilib ki, regionlarda sahibkarlığın və turizmin inkişafına xidmət edən proqramların, eləcə də məşğulluq proqramlarının hazırlanması və icrasını həyata keçirəcək İctimai Birlik bölgələrdə güclü insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində layihələr reallaşdıracaq.
RİİB-in layihələri, həmçinin gənclərin milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, eləcə də ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və məlumatlarının artırılması istiqamətinə yönələcək.
RİİB əhalinin müxtəlif sahələrlə bağlı kollegial müraciətlərinə baxacaq və vətəndaşla aidiyyəti qurumları bir araya gətirməklə məsələlərin həllinə çalışacaq.
RİİB-in fəaliyyətinin bütün bölgələri əhatə edəcəyi bildirilib, rayon sakinlərinin, xüsusilə gənclərin könüllülər kimi təşkilat ətrafında birləşməsi vacib sayılıb.
Toplantıda qeyd olunub ki, RİİB-in sosial şəbəkələrdə səhifələri istifadəyə verilib və təşkilatın fəaliyyətini, gündəlik xəbərləri, foto və video paylaşımlarını, keçiriləcək tədbirlər barədə məlumatları feysbuk səhifəsində izləmək olar.
Eyni zamanda RİİB-in ötən müddətdə Lənkəran və İsmayıllı rayonlarında sosial sahədə və turizm inkişafı məqsədi ilə həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Toplantıda çıxış edən rayon sakinləri Heydər Əliyev Fondu tərəfindən yaradılan “Regional İnkişaf” İctimai Birliyinin bir sıra məsələlərin həllində əhəmiyyətli rol oynayacağını qeyd ediblər.
Tədbirdə bölgədə müxtəlif sahələr üzrə peşə məktəblərinin, autizm və bu kimi sosial məsələlər üzrə regional bərpa mərkəzlərinin yaradılması və digər istiqamətində təkliflər irəli sürülüb.
Qeyd edək ki, martın 2-dən fəaliyyətə başlayan “Regional İnkişaf” İctimai Birliyinin artıq Dağlıq Şirvan, Lənkəran, Quba regional mərkəzləri yaradılıb. Digər regional mərkəzlərin də yaradılması nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi