azia.az
azia.az

Lənkəran Regional Ədliyyə Şöbəsi Masallıda seminar-müşavirə keçirib

9-04-2016, 14:28

Lənkəran Regional Ədliyyə Şöbəsi Masallıda seminar-müşavirə keçirib Aprelin 8-də Masallı şəhərindəki Gənclər Mərkəzində Lənkəran Regional Ədliyyə Şöbəsinin təşkilatçılığı ilə bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi üçün “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” və “Korrupsiya hüquqpozmalarının qarşısının alınması və bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması” mövzusunda seminar-müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, yerli icra strukturlarının, bələdiyyələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə şöbənin baş məsləhətçisi Çingiz Cavadov ədliyyə sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verərək, bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsinin, onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlandığını bildirib.

Seminar-müşavirədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili, onların fəaliyyətində şəffaflığın artırılması barədə məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi