azia.az
azia.az

Qəbələdə təşkil olunan “Şahin” hərbi-idman oyununun qalibləri məlum olub

9-04-2016, 14:30

Qəbələdə təşkil olunan “Şahin” hərbi-idman oyununun qalibləri məlum olub Qəbələdə məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların fiziki hazırlıqlarının artırılması, ordu sıralarına hazırlanması məqsədilə “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, rayonun tam orta məktəblərinin VIII-X sinif şagirdlərindən ibarət 20 komandanın iştirak etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçib. Şagirdlər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı və digər mərhələlər üzrə qüvvələrini sınayıblar.

Yarışda Qəbələ şəhər 1 saylı orta məktəbin komandası I yeri, 2 saylı orta məktəbin şagirdləri II yeri və 4 saylı orta məktəbin şahinləri III yeri tutub. Qalib komandaların üzvlərinə diplomlar təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi