azia.az
azia.az

Oğlu adam öldürən icra başçısının müavini danışdı: “Əgər günahı varsa…”

27-09-2017, 15:41

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov oğlu Elmir İbadovun ağır yol qəzası törətməsindən danışıb.
O, A24.az-a açıqlamasında bildirib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil:
“Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu, tamamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər günahı varsa, cəzasını çəkəcək. Əks halda sərbəst buraxılacaq.”
Qeyd edək ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlunun avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törətməsi ilə bağlı məlumat yayılıb. Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib. Baş verən hadisədən sonra Elmir İbadov polis tərəfindən saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi