azia.az
azia.az

Bakıda çörəyin içərisindən çıxanlar görənləri şoka saldı - VİDEO

22-09-2018, 08:01

Bakıda çörəyin içərisindən çıxanlar görənləri şoka saldı - VİDEO

Azia.az xəbər verir ki, Mağazadan çörək alan vətəndaş evdə qəribə mənzərə ilə qarşılaşıb.

Xırdalan sakini iddia edir ki, aldığı çörəyi istifadə edən zaman arasından sümük parçası çıxıb.

Qablaşdırlımış çörəyin üzərində həmin məhsulun Xırdalan çörək zavodunda istehsal olunduğu da açıq-aydın görünür. Məsələ ilə bağlı adıçəkilən zavoda getdik. Zavodun direktoru Ramiz Hüseynov şifahi olaraq bildirdi ki, onların zavodunda belə bir halın baş verməsi qeyri-mümkündü. Çünki un ələyən avadanlıqlar standartlara cavab verdiyindən ora hər hansı bir cisim düşdüyü zaman həmin avadanlıqlar iş prosesini dayandırır.

Məsələ ilə bağlı Qida Təhlükəslizliyi Agentliyindən isə bildirildi ki, problemlə qarşılaşan vətəndaş qurumun 1003 nömrəli qaynar xəttinə müraciət etməlidir. Bundan sonra araşdırmalara başlanılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi