Bakıda Gəmi Təmiri Zavodu qarət edilib.azia.az Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, martın 13-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus Zığ qəsəbəsindəki gəmi təmiri zavodundan metal və mis hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adil Kazımov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.