azia.az
azia.az

“Multidissiplinar Elmi Forum 2017” dahi alim Lutfi Zadəyə həsr edilib

10-10-2017, 09:38

 “Multidissiplinar Elmi Forum 2017”  dahi alim Lutfi Zadəyə həsr edilib


“Multidissiplinar Elmi Forum 2017” dahi alim Lutfi Zadəyə həsr edilib
Azərbaycanda elmin inkişafına xidmət etmək məqsədilə layihələr təşkil edən Azərbaycan Elm Assosiasiyası ən böyük layihəsini həyata keçirib.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Azərbaycan Elm Assosiasiyasının dəstəyi ilə təşkil edilən Multidissiplinar Elmi Forum dahi alim Lutfi Zadəyə həsr edilib. Multidissiplinar Elmi Forum çərçivəsində humanitar və dəqiq elmlər üzrə 12 seminarda ekspert təqdimatları baş tutub. Tanınmış ekspertlər və xaricdə təhsil almış gənc mütəxəssislərin, eləcə də, Assosiasiyanın həmsədrləri İnqilab Şahbazov, Tərlan Süleymanov və müavini Mədinə Quliyevanın təqdimatları böyük auditoriya tərəfindən izlənilib. İdarə heyətinin bir digər üzvü Fidan Bəylərova isə könüllülər komandası rəhbəri olaraq təşkilatçı qismində çalışıb.
Forum çərçivəsində seminarlarla yanaşı UProject poster müsabiqəsi də təşkil edilib. Böyük maraqla izlənən poster müsabiqəsində elmin müxtəlif sahələrindən aktual məsələlər tələbələr tərəfindən poster şəklində təqdim edilib. Sonda ən yaxşı üç posterin sahibi dəyərli mükafatla təltif olunub.
Multidissiplinar Elmi Forumun hər il keçirilməsi planlaşdırılır. Bundan başqa, Azərbaycan Elm Assosiasiyası hər ay müxtəlif elmi mövzularda seminarlar da təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi