azia.az
azia.az

Maşallah Əhmədov əsəbləşdi - borclu ilə razılaşmadı

19-05-2017, 15:45

Maşallah Əhmədov əsəbləşdi - borclu ilə razılaşmadı


Həbsdə olan tanınmış futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edir

M.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunmuş 8 illik cəza ilə bağlı verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Yusuf Əzizov iştirak edə bilməyib. Buna səbəb Y.Əzizovun səhhətinin ağırlaşması olub.

Hakim bu səbəbdən məhkəmənin mayın 24-ə təxirə salındığını bildirib.

Məhkəmədə o da məlum olub ki, tərəflər razılığa gələ bilməyib. Maşallah Əhmədova sonuncu dəfə ötən prosesdə 3 gün vaxt verilmişdi ki, zərərçəkmiş tərəflə razılaşsın.

Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov bu gün baş tutan məhkəmədə deyib ki, zərərçəkmiş tərəfə razılaşdıqları kimi daş veriblər, amma qarşı tərəf bununla razılaşmayıb. Zərərçəkmiş tərəf onlara təklif edilən daşın keyfiyyəti ilə razı olmadıqlarını deyiblər.

"Biz ittihamda da yazıldığı kimi qara mərmər daşı tələb edirik. Ancaq bizə təklif edilən daş ağdır. Qiymətlər arasında 3 dəfəyə qədər fərq var"- deyə zərərçəkmiş tərəf deyib.

Maşallah Əhmədov da qarşı tərəfin bu tələbinə etiraz edib. O bildirib ki, zərərçəkmiş verilən daşla razılaşacağını desə də sonradan fikrini dəyişib.

Qeyd edək ki, Əhmədov Yusif Əzizova olan 128 min borcunu ödəmədiyi üçün həbs edilib.

M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.

M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.

Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Politico.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi