azia.az
azia.az

Beynəlxalq dil sertifikatlarının saxta olduğu aşkarlanıb - RƏSMİ

Bu gün, 19:38

"Xarici dil sertifikatlarının verilməsində müəyyən qeyri-obyektiv, qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub".

Xəbər verilir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, TOEFL, IELTS, Cambridge və digər beynəlxalq sertifikatların ekvivalentliyi və həqiqiliyinin yoxlanılması ilə bağlı qaydalar 2023-cü ildə təsdiq edilib:

“Bu il yoxlanılan 171 sertifikatdan 160-ı təsdiqlənib, 11-i isə qeyri-şəffaf üsullarla əldə edildiyi müəyyən edildiyi üçün qəbul edilməyib”,- o qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi