azia.az
azia.az

Müəllimin internatdan göndərdiyi video qalmaqal yaratdı: - “Guya onun uşağı normal imiş?”

5-04-2022, 17:59

Müəllimin internatdan göndərdiyi video qalmaqal yaratdı: - “Guya onun uşağı normal imiş?”
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3№-li Respublika xüsusi internat məktəbin müəllimi Əliyeva Ramilə şagirdin videosunu çəkib və valideyninə göndərib.

Videoda müəlliminin uşaqla anlayışlı davranmadığı görünür.

Azia.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan video etirazlara səbəb olub.

Bildirilir ki, müəllim həmişə sakit olan, dərslərini oxuyan şagirdi əvvəl əsəbləşdirib sonra videosunu çəkib valideynə göndərib. Bununla da demək istəyib ki uşaq aqressivdir və onu məktəbdən çıxartmaq lazımdır.

İddia edilir ki, buna valideynin 8 martda müəllimin bayramını təbrik etməməsi səbəb olub.

Məktəbin direktoru Nüşabə Heydərova məsələylə bağlı Cebhe.info-ya açıqlama verib:

“Guya onun uşağı normal uşaq imiş, bizim məktəbə gələndən sonra belə olub? İndi öz aramızdır, məktəbin birbaşa xüsusiyyəti budur ki, əqli cəhətdən qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Əgər elədirsə, göndər uşağını normal məktəbə. Yəni bu uşaq normaldırsa, orta məktəblərə gedə bilərdi. Bura niyə gətirirsən? Valideyn nə istəsən yazar. İndi sosial şəbəkələri elə bir yiyəsizlik götürüb ki, küçədən keçən də gəlib özünə səhifə açıb, ağzına gələni yazıb, qoyur. Buna sözün həqiqi mənasında son qoymaq lazımdır ki, bir də belə şeylər olmasın".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi