azia.az
azia.az

Gələn il büdcədən 33 rayon və şəhərə dotasiya ayrılmayacaq - Siyahı

29-09-2016, 14:24

Gələn il büdcədən 33 rayon və şəhərə dotasiya ayrılmayacaq - Siyahı
2017-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 642,4 mln. manat proqnozlaşdırılır

Maliyyə Nazirliyindən verilən məlumata görə, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcək.

Bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır.

Gələn ilin büdcə layihəsinə görə, yerli gəlirləri öz hesabına təmin edəcək rayon və şəhərlərin sayı 33-ə çatdırlıb.

Beləliklə əgər indiyədək Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları büdəcədən dotasiya almırdılarsa, gələn il onlara aşağıdakı rayon və şəhərlər də qoşulacaq:

Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları.

Bu 33 rayon və şəhər 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi