azia.az
azia.az

"Artıq heç kəsə fəxri ad verilmir, bu sistem ləğv olunub"-ŞOK AÇIQLAMA

9-07-2025, 00:25

Əməkdar artist Zemfira Sadıxovanın "Mədəniyyət naziri Adil Kərimli şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir, bu sistem ləğv olunub" deməsi müzakirə yaradıb.

 

Bu barədə Pravda.az-a danışan Əməkdar artist Anar Heybətov deyib ki, fəxri adların olmayacağı barədə konkret qərar eşitməyiblər.

 

Anar Heybətov: “Əsl təbrik ona düşür...”

 

"Fəxri adların verilməsi yaxşı olardı, çünki bu, aktyorlarda, incəsənət adamlarında stimul yaradır. Yəni işləyim, çalışım, nəyəsə çatım. Bundan sonra necə olacağını bilmirəm. Uzun illərdir, artıq kiminsə fəxri adı pulla alması barədə məlumatları da eşitmirəm. Bu kimi şeyləri gənc yaşlarımda eşidirdim, amma konkret kimlər olduğunu bilmirdim. Düşünürəm, hər halda fəxri adları layiq olanlara təqdim edirlər", - o bildirib.

 

Qeyd: Z.Sadıxova müsahibəni "APA"ya verib.

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi