azia.az
azia.az

TikTok-da yarışanları "dilənçi" adlandırdı - Biabırçılıqdır

26-04-2022, 08:17

TikTok-da yarışanları "dilənçi" adlandırdı - Biabırçılıqdır
Aktyor-müğənni Cavidan Novruz TikTok-da canlı yayıma girən və oyunlara qoşulan sənət adamlarını tənqid edib. Azia.az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Fatehin divanı" proqramında danışıb. Cavidan bildirib ki, TikTok-da oturmağı özünə yaraşdırmır:
"TikTok-da yoxam. Tanınan adam, sima TikTok-da oturub, tamaşaçıdan nəsə dilənməməlidir. Azərbaycanda TikTok bunun üçündür. Tanınmış adam əlçatmaz zirvədir. Bəzən elə hərəkət edirlər ki, deyirsən onu elə uzaqdan tanımaq yaxşıdır. Məni cəlb ediblər, amma demişəm bacarmaram. Oturub saqqız çeynəyə-çeynəyə "filankəs filan şey göndərin" deyə bilmərəm. Bu, biabırçılıqdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi