"Çakır"dan qazimizə hədiyyə - VİDEO
Türkiyənin reytinqli layihələrindən olan "Eşkiya dünyaya hükümdar olmaz"ın məşhur aktyoru Oktay Kaynarca yeni xəbərlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, o, II Qarabağ müharibəsində döyüşən qazilərimizdən biri Azər Abdullazadə ilə görüşüb.
Aktyor qazimizə təsbeh hədiyyə edib. Həmin an lentə alınan görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, 21 yaşlı qazimiz Azər Abdullazadə Tərtər rayonunun Cəmilli kəndindəndir. O Vətən müharibəsi zamanı 2020-ci il in oktyabrında Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Azər Abdullazadə sağ gözünü itirib. O, "Vətən Müharibəsi Qəhrəmanı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.