Efirə çıxmaq üçün studiyanı dəyişdirdi
Əməkdar artist Xumar Qədimova MTV-də yayımlanan "10-da görüşək" proqramında qonaq olub.
Azia.az Olay-a istinadən xəbər verir ki, sənətçi efirə çıxmazdan öncə studiyanın görüntüsünün dəyişdirilməsini tələb edib. Qədimovanın istəyinə uyğun olaraq studiyadakı böyük masa və hündür oturacaqlar rahat kreslolarla əvəzlənib.
Bundan öncə X.Qədimovanın Vüsalə Əlizadənin "7 canlı" verilişində qonaq olarkən studiyada yerləşdirilən "Xumar" yazısının "10-da görüşək"də də yer alması diqqətdən yayınmayıb.
Qeyd edək ki, analoji tələbi Xalq artistləri Röya Ayxan və Aygün Kazımova da edir.
Məqaləyə dair fotomateriallar: