Bu gün Nadirin evində toydur
Bu gün müğənni Nadir Qafarzadənin evində toydur.
Azia.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi oğlu Loğmanı evləndirir. Məclis şəhər restoranlarından birində keçiriləcək.
Nadir məclisin həvalə edilməsini xanımı Sevincin istəyi ilə Əməkdar artist Elşən Cəbrayılova həvalə edib. Gecədə şou-biznes nümayəndələri də yer alacaq.
Qeyd edək ki, Qafarzadənin Əziz adlı daha bir oğlu var.