azia.az
azia.az

Qalmaqallı şəkildə boşanan ulduz tanınmaz halda - FOTO

25-11-2021, 08:45

Qalmaqallı şəkildə boşanan ulduz tanınmaz halda - FOTO
"Telma və Luiza" filminin ulduzu Cina Devis Los-Ancelesdə küçədə gəzərkən paparassilərin obyektivinə tuş gəlib.

Azia.az axşam.az-a istinadən xəbər verir ki, 65 yaşlı aktrisanın ayaqyalın və baxımsız olması diqqətdən yayınmayıb. Qısa zaman ərzində tanınmaz halda görüntülənən Cinanın şəkilləri sosial media hesablarında paylaşılaraq müzakirə olunub.

Bəzi istifadəçilər onun yeni rolu üçün məşq etdiyinə inanmaq istədiklərini ifadə ediblər.

Qeyd edək ki, ictimaiyyət arasında nadir hallarda görünən aktrisa ötən ay dördüncü əri, plastik cərrah Rezu Cərrahi ilə boşanıb. 17 il davam edən evlilikdə cütlüyün üç övladı dünyaya gəlib. İkilinin boşanması da qalmaqallı olub. Mülkləri bölüşmək istəməyən Cina Rezu ilə rəsmi nikahda olmadığını bildirib. Aktrisanın keçmiş həyat yoldaşı prosesi tez başa çatdırmaq üçün ona güzəştə getməli olub.

Qalmaqallı şəkildə boşanan ulduz tanınmaz halda - FOTO
Qalmaqallı şəkildə boşanan ulduz tanınmaz halda - FOTO
Qalmaqallı şəkildə boşanan ulduz tanınmaz halda - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi