azia.az
azia.az

Seda Sayanın proqramında "Xudayar təsnifi” səsləndirildi - VİDEO

9-10-2021, 12:15

Seda Sayanın proqramında "Xudayar təsnifi” səsləndirildi - VİDEO
Türkiyəli müğənni Seda Sayanın verilişində "Xudayar təsnifi” səsləndirilib.

BAKU.WS xəbər verir ki, "Sabahın Sultanı Seda Sayan" adlı proqrama qonaq olan saz ifaçısı Sərkar Şəmkirli II Qarabağ müharibəsində şəhid olan Xudayar Yusifzadənin oxuduğu "Vətən yaxşıdır" mahnısını ifa edib. O, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımıza Allahdan rəhmət diləyib.

Xatırladaq ki, kompozisiyanın müəllifi Xalq artisti Əlibaba Məmmədovdur. Bu, popular və sevilən ifa olsa da, II Qarabağ müharibəsi zamanı şəhid Xudayar Yusifzadənin ifası ilə daha da məşhurlaşdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi