Meyxanaçı Samirəni Ağakərimin evinə niyə buraxmayıblar? - AÇIQLANDI
Son günlər meyxanaçı Kərim Novruzovun( Ağakərim) vəziyyətinin ağırlaşması, yaxud da vəfat etməsi ilə bağlı xəbərlər yayılır. Ailəsi bu tip məlumtları təkzib etsə də, sevənləri, xridarlar söz ustası üçün narahat olurlar.
“Azia.az”la həmsöhbət olan meyxanaçının bacısı oğlu Rüstəm Cənnətov dayısının son sağlıq durumu haqda bunları söyləyib:
“Vəziyyəti ağır deyil, amma yataq xəstəsidir. Allah nə qədər ömür veribsə, yaşayacaq. Müalicəsi davam edir, nə lazımdırsa edirik. Normal danışa bilir, adamları tanıyır. Sadəcə yeriyə bilmir. Saytlar reytinq üçün yalandan yaymışdılar ki, rəhmətə gedib. Kimsə populyar olmaq istəyirdi, alınmadı. Ağamirzə Məmmədovun adını mütləq qeyd edin, hər dəfə yanına gedib-gəlir. Dostlarından tez-tez Ağakərimə baş çəkən Ağamirzədir. O birilər də maraqlanırlar”.
“Ailəsinin meyxanaçı Samirəni evə buraxmaması nə ilə bağlıdır” sualına R.Cənnətov bu cavabı verib:
“Ağamirzə üçün yaşıl işıqdır. Bəziləri gəlib, şəkil çəkdirirlər, paylaşırlar. O vəziyyətdə görünməsini istəmirik. Amma başqaları da gəlirlər. Ola bilər ki,Samirəni qoymayıblar. Çəkilişə görə, icazə verməyiblər. Çəkiliş üçün gələnləri də evə buraxmadılar”.