azia.az
azia.az

"Bunların hamısını mənə edən Elməddin oldu"

8-09-2021, 16:26

"Bunların hamısını mənə edən Elməddin oldu"
Teatr üçün darıxıram. Balıq sudan ayrı necə qalar, biz də elə olmuşuq. Amma nə edə bilərik, bütün dünyada qanun bu formadadır. Nə vaxt icazə verilsə, onda da teatrların fəaliyyəti bərpa olunacaq. Biz də məşqlərimizə başlayacağıq".
Bu sözləri Azia.az-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib. Aktrisa 17 aydır teatrsız çox darıxdığını bildirib.

Bir çox seriallarda rol alan Mahmudova sonuncu çəkildiyi "Ailəmiz" ekran işindən söz açıb. O, layihə rəhbəri Elməddin Cəfərovun olduğu ekran işinin yayımının dayanmasından xəbərsiz olduğunu bildirib:

"Bakıda yox idim, ona görə də bilmirəm. Necə məsləhət bilinsə, elə də olacaq. Çağırsalar, gedəcəm. Bu fasilədə ən çox Elməddin üçün darıxdım. Məni tamaşaçıya sevdirən, lap çox tanıdan onun layihəsi olub. 10 ildən artıq müddətdə onun seriallarında çəkilmişəm. Ondan əvvəl də film, seriala çəkilirdim. Amma bu qədər sevilmirdim. Məni tamaşaçıya tanıtdılar. Bir də onu deyim ki, sənət adamına ən böyük hörməti orada gördüm. Tələbkar aktrisa deyiləm. Nə desələr edən adamam. Hörməti, qayğını, insanlığı Elməddindən gördüm. Bunların hamısını mənə edən Elməddin Cəfərov oldu".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi