“Versace” də Azərbaycana dəstək oldu: “Bu ölkə başqalarına bənzəmir”
“Mən düşünürəm ki, Azərbaycan çox fərqli yerdir və başqalarına oxşamır”. Musavat.com bildirir ki, bu sözləri dünyaca məşhur “Versace” brendinin rəhbəri Canninin dizayner bacısı Donatella “Nargis Magazine” jurnalına açıqlamasında bildirib. O, Azərbaycana dəstəyini bu cür qeyd edib:
“Azərbaycan Avropa və Asiyanın mədəniyyətini və dinini özündə birləşdirir. Arixitekturası, modası, insanları, hətta mətbəxi Şərq və Qərbin birləşməsidir”.
Qeyd edək ki, “Nərgiz Maqazin” jurnalı Azərbaycanda olan bir sıra məşhurların rəy və hekayələrini sosial şəbəkədə #everyoneAzerbaijan” həştəqi ilə paylaşaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışır.