azia.az
azia.az

Əlillik dərəcələrinin verilməsi asanlaşacaq – Deputat AÇIQLADI

Dünən, 17:21

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib. 

 

Xəbər verilir ki, yeni qaydalarda birinci istiqamət icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi ilə bağlıdır. 

 

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu daha çox texniki dəyişiklik hesab olunur.

 

Onun sözlərinə görə, qaydalarda ən vacib dəyişiklik prosesin daha da elektronlaşdırılmasıdır:

 

“Belə ki, yeni qaydalara əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və əldə edilə bilər. Sənəddə qeyd olunur ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların verilməsinə bərabər tutulur”.

 

 

Millət vəkili qeyd edib ki, Nazirlər Kabinetinin yeni qaydaları əlillik dərəcəsinin verilməsi prosesinin bir qədər də sadələşdirilməsinə və elektron xidmətlərdən daha çox istifadə olunmasına gətirib çıxaracaq:

 

“Hazırda 221 min 200 vətəndaşımız əlilliyə görə müavinət alır. Onlardan 42 min 100 nəfəri əlilliyi olan uşaqlardır. Bununla yanaşı, əlillik müavinətin alınması ilə bağlı vətəndaşlar tərəfindən müntəzəm müraciətlər təqdim olunmaqdadır. Prosesin daha da elektronlaşdırılmasının şəffaflığı artıracağı ilə yanaşı, əliillik dərəcələrinin alınmasını asanlaşdıracağı gözlənilir”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi