azia.az
azia.az

Azərbaycanda ət bu qiymətə düşdü

2-11-2023, 22:06

Son günlər bəzi rayonlarda kəsim məntəqələrində ətin qiymətində enmə müşahidə olunur.

Azia.az AZƏRTAC-a istinadən xəbər verir ki, belə rayonlardan biri Ağsudur.Satıcıların sözlərinə görə, əvvəllər 15, hətta 16 manata satılan dana ətinin 1 kiloqramının qiyməti hazırda rayon ərazisində 13-14 manata təklif olunur.Ət satışı ilə məşğul olan Ulduz Allahyarov bildirib ki, qiymətin enməsinə səbəb heyvan bazarındakı ucuzlaşma ilə bağlıdır:“Son bir neçə gündə heyvanın diri çəkisinin qiymətində qeydə alınan ucuzlaşma ət dükanlarında da qiymətə təsir edib. Buna görə də hazırda kəsim məntəqələrində qiymətlər 1, bəzi yerlərdə 2 manat aşağı enib”.Digər satıcılar isə qiymətin enməsini alıcıların azalması ilə əlaqəndirirlər. Satıcıların sözlərinə görə, əvvəllər 150 kiloqram çəkisi olan dananın əti bir gündə satılıb qurtarırdısa, indi 3 günə də satılmır. Bu isə qiymətə də təsir göstərib. Həmçinin hazırda yem bazarında da qiymətlər stabil olduğundan, kəndlilər heyvanları çox da baha təklif etmək niyyətində deyil. Çünki onlar heyvanı baha satanda kəsim məntəqələrində də qiymətlər bahalaşır. Nəticədə alıcı qıtlığı yaranır ki, bu da kəndlilərə sərf etmir.Ağsuda dana ətindən fərqli olaraq, quzu ətində ucuzlaşma müşahidə edilmir. Hazırda rayonun bütün ət satışı dükanlarında quzu ətinin bir kiloqramının qiyməti 17 manatdır.Ağdam və Bərdə rayonlarında da dana ətinin qiymətində enmə müşahidə olunur. Belə ki, Bərdə rayonunda dana əti 14 manatdan 13 manata, quzu əti 18 manatdan 17 manata ucuzlaşıb. Qoç ətinin qiyməti də 1 manat enib.

Ağdam rayonunun bəzi ərazilərində ətin qiyməti ensə də, bir sıra kəndlərdə əvvəlki qiymətə satılır. Quzanlı qəsəbəsində dana əti 14 manatdan 13 manata, quzu əti 17 manatdan 16 manata, qoç əti 16 manatdan 15 manata ucuzlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi