azia.az
azia.az

"Dollardan imtina haqqında düşünmək olar, amma onu dilə gətirmək..."

26-08-2023, 09:23

"Dollar hələ uzun illər ən sevimli “əl çirki” olaraq qalacaq"

Valyuta.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

E.Əmirov bildirir ki, dollardan imtina haqqında düşünmək olar, amma onu dilə gətirmək ya iqtisadi bilik yetərsizliyidir, ya da digər monipulyativ maraqlara söykənən realiti-şoudur: "Çin, İran, Rusiya, Hindistan, Türkiyə, Latın Amerikası ölkələri və s. ölkələr neçə illərdir ki, müxtəlif vaxtlarda cüt-cüt və ya bir neçəsi birlikdə çoxsaylı müzakirələr aparıb dollardan imtina üçün yollar arayıblar. Amma əldə etdikləri ən böyük uğur bəyanatlarının dünya gündəminin trendinə çevrilməsi olub. Bundan artığını bacaran olmayıb. Dollar isə öz işindədir. Beynəlxalq hesablaşmalarda öz payını rekord həddə çatdırıb. Çünki dollardan imtina edəcəyik deyənlərə dollar daha çox lazımdır və onlar dolları daha çox sevib, daha çox əməliyyatlarını dollarla ediblər". 

"Nəticə isə göz önündədi, ötən ay Beynəlxalq hesablaşmalarda dolların payı 36.4 faizdən 46,5 faizə yüksəlib. İkinci böyük payçı 24,4 faizlə avro, üçüncü 7,6 faizlə funt-sterlinqdir. Daha sonra 3,5 faizlə Yaponiya yeni, 3,1 faizlə yuan gəlir - deyə iqtisadçı bildirir.

 

E.Əmirov dollar üçün əsas rəqibin avro olduğunu deyir: *Onun da payını dollar almaqdadır. Bu ay 24.4 faiz paya sahib avro, ötən ay 38.4 faiz idi, yəni bir ayda 14 faiz pay itirib. Beləcə qlobal valyuta ehtiyatlarının 60 faizdən çoxunun etibar edilərək saxlanıldığı dollar hələ uzun illər planetin ən sevimli “əl çirki” olacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi