azia.az
azia.az

Azərbaycanda tanınmış şərhçi işdən çıxarıldı: Erməni futbolçu haqda yazdığı statusa görə

11-04-2017, 13:34

Azərbaycanda tanınmış şərhçi işdən çıxarıldı: Erməni futbolçu haqda yazdığı statusa görə

"İdman Azərbaycan" Televiziyasının şərhçisi Tərlan Şahinoğlu telekanaldan ayrılıb.

Bu haqda telejurnalist özü məlumat verib.

O işdən ayrılması haqda çox danışmayıb istəməyib: "Bu gün rəsmən bitdi. 6 il yarım ərzində şərhçi kimi işlədiyim məkandan ayrılmalı oldum. Bu müddət ərzində peşəmlə bağlı çox böyük təcrübə qazandım. Bunda əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Amma bundan başqa, həm də dəyərli saydığım insanları və dostları tanıdım. Adlarını tək-tək çəkməyəcəm. Onlar özləri bilirlər. Hamısına cansağlığı və işlərində uğurlar arzulayıram. Nə isə. Uzatmaq istəmirəm. Uzun sözün qısası, mənim Az.TV macəram sona çatdı. Mən də daxil olmaqla, Allah hamının yolunu açıq eləsin və ürəyinə görə versin. İnşallah!”

"Futbol+" qəzeti telejurnalistin işdən hansı səbəbdən ayrılması ilə bağlı araşdırma aparıb və məlum olub ki, Tərlan Şahinoğlu sosial şəbəkədə yazdığı statusa görə rəhbərliyin qəzəbinə tuş gəlib. Qəzetin yazdığına görə, "Mançester Yunayted” azarkeşi olan Şahinoğlunun sosial şəbəkədə bu komandanın erməni futbolçusu Henrix Mxitaryanla bağlı fikir bildirməsi telekanal rəhbərliyinin xoşuna gəlməyib. Bundan sonra Tərlana uzun müddət heç bir oyunun şərhçiliyi tapşırılmayıb, nəticədə telekanaldan ayrılıb.

Teleaparıcı özü isə bu haqda danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, telekanalda "Mançester Yunayted"in oyunları zamanı şərhçilər erməni futbolçuya soyadı ilə deyil, adı ilə müraciət edir.
azxeber.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi