azia.az
azia.az

Təcrübəli, uzaqgörən... - Putin İlham Əliyev haqda

23-12-2016, 13:10

Təcrübəli, uzaqgörən... - Putin İlham Əliyev haqda
“Rusiyada Sizi ölkəmizin etibarlı dostu, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanıyırlar”

Bu sözlər Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevin ad günü ilə bağlı yazdığı məktubda əksini tapıb.

Azərbaycan prezidentini 55 illik yubileyi münasibəti ilə təbrik edən Putin bildirib:

“Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz”.

Putin qeyd edib ki, bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm:

“Sizinlə konstruktiv ünsiyyətin və səmərəli birgə işin davam edəcəyinə ümidvar olduğumu bildirirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”. (axar.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi