azia.az
azia.az

Azərbaycanda universitet rektoru vəzifəsindən azad olundu - FOTO

13-03-2017, 14:56

Azərbaycanda universitet rektoru vəzifəsindən azad olundu - FOTO


Azərbaycan Universitetinə yeni rektor təyin edilib.

Bu barədə Report-a universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Azərbaycanda universitet rektoru vəzifəsindən azad olundu - FOTO


Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib.

Səadət Əliyeva uzun illərdir Azərbaycan Universitetində çalışır. Yeni rektor artıq kollektivə təqdim olunub.

Azərbaycanda universitet rektoru vəzifəsindən azad olundu - FOTO


Qeyd edək ki, ali məktəbdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi