azia.az
azia.az

Əhaliyə şad xəbər: maaş və pensiyalar artacaq - AÇIQLAMA

24-10-2022, 16:19


"2022-ci ilin yekunları tam təhlil olunduqdan sonra icmal büdcəsinin qalığının yönəldilməsilə bağlı müvafiq tədbilər görüləcək".


Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov gələn ilin büdcəsi haqda danışarkən deyib.


A. Hüseynovun sözlərinə görə, icmal büdcədə 7 milyard 150. 2 milyon manatdan çox qalıq yaranıb, bu isə bir il əvvələ nisbətən çoxdur:



"Ölkədə aparılan siyasətin ən başlıca məqsədi və hədəfi Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Bu istiqamətdə dövlətin konkret layihələri və proqramları var. Dövlət büdcəsindən hər il 40%-ə qədər xərclər sosial sahələr üçün nəzərdə tutulur. Sevindirici məsələlərdən biri ondan ibarətdir ki, bu ilin 9 ayı ərzində ölkə büdcəsinin gəlirləri 29.7 milyard manat artıb, xərclər isə 22.5 milyard manat təşkil edib. Biz artıq görürük ki, gəlirlərimiz, çox xərclərimiz azdır. Eyni zamanda 9 ay ərzində 7 milyard manat sərbəst vəsait yaranıb. Məlumdur ki, dövlət büdcəsinin sərbəst qalığı birinci növbədə sosial tədbirlərə - əmək haqları, təqaüdlər və pensiyaların artırılmasına, şəhid ailələrinin ailə büdcələrinin formalaşmasına yönəldilir. 2023-cü ildə də bu tendensiya davam edəcək. Həmçinin orta illik inflyasiyanı nəzərə almaqla əmək haqlarının, pensiyaların artımı təmin olunacaq. Mühüm tədbirlərin həyata keçirilməsi labüddür".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi