Ucarda Məşğullu Mərkəzi var, özüdə ayrı seçkiliklə "çalışır" - ŞİKAYƏT
Prezident İlham Əliyevə ünvanlanan və bir surətiudə Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Ucar rayon Xalac kənd sakini Qasımov Alim Əlimürsəl oğlu
tərəfindən
MÜRACİƏT
Hörmətli cənab Prezident!
Ailəliyəm, bir övladım var. Anam, həyat yoldaşım və övladım olmaqla ailəm 4 nəfərdən ibarətdir. 3 hektar pay torpaq sahəmiz var. Rəsmi qaydada işləyənimiz yoxdur. Pensiya, ünvanlı sosial yardım, təqaüd və sosial müavinət almırıq. İri və xırda buynuzlu heyvanımız yoxdur. Ancaq qazanc yerimiz həmin 3 hektar pay torpaq sahəsindəndir.Bu pay torpaq sahəsindən gələn gəlir ilə yaşamaq çox çətindir. Yəni bu torpaq sahəsi ailəmi qazancla təmin etmir. Dolanışığımız ağır vəziyyətdədir.
Özünüməşğulluq proqramından yararlanaraq inək heyvanı almaq məqsədi ilə 2021-ci ilin yanvar ayından Dövlət Məşğulluq Agentliyinin Ucar rayon şöbəsinə müraciət edərək qeydiyyatdan keçmişəm. Özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxs kimi Agentliiyin əməkdaşları tərəfindən 24-ü aprel 2022-ci il tarixində qeydiyyata alınmışam. Lakin biznesin təşkili ilə bağlı kurslara cəlb olunmaq üçün dəfələrlə Dövlət Məşğulluq Agentliyinin Ucar rayon şöbəsinə müraciət etsəmdə məni süründürürlər. Məndən sonra qeydiyyatdan keçənlər təlim kurslarına cəlb olunublar. Sonuncu dəfə Dövlət Məşğulluq Agentliyinin Ucar rayon şöbəsində olanda, mənə sual verdilər ki, «Sən hələ təlim kurslarına cəlb olunmamısan?»
Hörmətli cənab Prezident!
Ailəm yoxsulluq səviyyəsindən aşağı yaşayır. İş tapa bilmirik.Eyni zamanda özünüməşğulluq proqramından yararlana bilmirik. İki ilə yaxındır ki, qeydiyyata alınmışam.Daha nə qədər gözləyim? Bu proqramdan imkanl, həyətində maşını, malı-qarası olanlar yararlanır.Yerində yoxlanılarsa bu qeyd etdiyim faktlar öz təsdiqini tapacaq.
Ailəmin faktiki olaraq pay torpağı var. Həyətimizdə böyük tövləmiz var. Amma yuxarıda qeyd etdiyim kimi özünüməşğulluq proqramından yararlana bilmirik.İndidə Ucar Rayon Məşğulluq İdarəsindən mənə deyirlər ki, «Sən hələ təlim kurslarına cəlb olunmamısan?»
Hörmətli cənab Prezident!
Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz. Özünüməşğulluq proqramından yararlanmaq üçün mənim təlim kurslarına cəlb olunmağıma və heyvan verilməsinə köməklik edəsiniz.
Qasımov Alim Əlimürsəl oğlu
Teref.az olaraq qarşı tərəflə əlaqə yaratmaq istəsəkdə zənglərimizə cavab verən olmadı. Lakin yenədə qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!