azia.az
azia.az

Azərbaycanda bütün təqaüdlər ÖDƏNİLDİ - RƏSMİ

25-08-2022, 18:10

Azərbaycanda bütün təqaüdlər ÖDƏNİLDİ - RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.



Bu barədə Sfera.az-a Nazirlikdən xəbər verilib.



Bildirilib ki, vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 16-da ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.



Beləliklə, bütün sosial təminat növləri üzrə avqust ayının sosial ödənişləri bu gün yekunlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi