azia.az
azia.az

Qadın sahibkarlara və gənclərə verilmiş güzəştli kreditlərin sayı ötən illə müqayisədə artıb

28-06-2022, 18:26


Qadın sahibkarlara və gənclərə verilmiş güzəştli kreditlərin sayı ötən illə müqayisədə artıb

Qadın sahibkarlara və gənclərə verilmiş güzəştli kreditlərin sayı ötən illə müqayisədə artıb

2022-ci ilin yanvar-may ayları ərzində sahibkarlıq subyektlərinin 1226 investisiya layihəsinin maliyyələşdirilməsinə 43,7 milyon manat güzəştli kredit verilib. Ötən ilin müvafiq dövründə bu göstərici 339 layihə üzrə 24,9 milyon manat təşkil edib.

Keçən il olduğu kimi, 2022-ci ildə də maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri (KOB) olub. 2022-ci ilin ötən dövründə güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 95,4%-i KOB subyektlərinin payına düşür.

Bu il qadın sahibkarlara verilmiş güzəştli kreditlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. 2022-ci ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 86 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 1,8 milyon manat güzəştli kredit ayrılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə 31 qadın sahibkar güzəştli kreditlərdən yararlanıb. Ümumilikdə isə, 2021-ci ildə 145 qadın sahibkara 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.

Gənc sahibkarlara verilmiş güzəştli kreditlər 2021-ci ilin yanvar-may ayları ərzində 15 layihə üzrə 758,5 min manat təşkil etdiyi halda, eyni göstərici 2022-ci ilin müvafiq dövründə 40 layihə üzrə 1,1 milyon manat olub. Ötən ilin nəticələrinə əsasən, 63 gənc sahibkarlıq subyektinə 2,7 milyon manat məbləğində güzəştli kredit verilib.

2022-ci ilin əvvəlindən verilmiş güzəştli kreditlər hesabına ümumilikdə 1016 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qadın sahibkarların və gənclərin layihələrinin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Qeyd edək ki, ötən il ərzində qadın sahibkarların güzəştli qaydada maliyyələşdirilmiş layihələri hesabına 303, gənc sahibkarların investisiya layihələri üzrə isə 97 yeni iş yerinin yaradılması nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi