azia.az
azia.az

Pensiyalar nə qədər artacaq?

23-06-2022, 19:29

Pensiyalar nə qədər artacaq?
Pensiyalar nə qədər artacaq?

Milli Məclis “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanununda dəyişiklik edib. Qanuna əsasən, ümumilikdə fonda 300 milyon manat profisit əlavə edilib. Ötən gün Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib ki, fond üçün nəzərdə tutulan məbləğin pensiya və müavinətlərin artırılması üçün istifadəsi gözlənilir.

Azia.az xəbər verir ki, Axar.az-a məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ayrılan məbləğin bütün sosial müavinət və təqaüdlərə şamil olunacağı şübhə doğurur:






“Sosial Müdafiə Fonduna ayrılan 299 milyon manat vəsaitin həcmi bütün sosial müavinət və təqaüdlərin artırılması üçün kifayət qədər azdır. Amma bu məbləğ həssas təbəqə, məsələn, qazilərin sosial müdafiəsi və aztəminatlı ailələrin müavinətlarının artırılmasında istifadə oluna bilər”.



Qeyd edək ki, məbləğin 1 milyon manatı İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlir və xərclərin artırılması üçün, 4 milyonu yanvar ayında doğuşa görə 200-dən 300 manata qaldırılan müavinətə, DOST xidmətlərinin fəaliyyətinin maliyyələşdirilməsinə və pensiya və digər müavinətlərin gücləndirilməsi sərf olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi