azia.az
azia.az

Sahil Babayev Milli Məclisdə tənqid olundu: "Düzgün iş qurulmur"

17-06-2022, 17:54

Sahil Babayev Milli Məclisdə tənqid olundu: "Düzgün iş qurulmur"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsait 11% icra olunmayıb.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deyib.

“Olmazmı ki, yoxsul insanlara ayrılan pulların hesablanması meyarları dəyişərdi, yaxud ehtiyac meyarının məbləği artırılardı? Büdcədən ayrılmış vəsait bu yoxsul insanlara verilərdi. Bu istiqamətdə 168 milyon manat az vəsait xərclənib. Bu vəsait yoxsul insanlardan kəsilib və qeyd olunub ki, buna qanunsuz təyinatların qarşısını almaqla qənaət edilib. Nazirliyin rəhbərliyi artıq 5 ildir işləyir, bu problemlər 6 ay ərzində həll edilməli idi. Deməli, bu iş düzgün qurulmur. Bu nazirliyə əlil, qazi, şəhid ailəsinin nümayəndəsi, yaxud yoxsul insan rəhbər təyin olunsaydı, o, yoxsulluğun nə demək olduğunu anlayar, hökumətimiz də bundan faydalanardı”, – deyə deputat əlavə edib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi