Əmək haqqı və pensiyalarla bağlı əhaliyə şad xəbər
"Xəzər Xəbər” əhalinin marağına səbəb olan məsələylə bağlı süjet hazırlayıb.
Süjetdə 2022-ci il üçün təsdiqlənmiş dövlət büdcəsinə yenidən baxılacağı haqqında ətraflı məlumat verilir.
Bildirilib ki, büdcəyə düzəlişlərin hazırlanması ilə bağlı bir sıra qurumlara tapşırıqlar verilib.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Nazirlər Kabinetində İqtisadi şuranın iclası keçirilib. Qurum və komitələrin təklifləri alındıqdan sonra layihə baxılması üçün prezidentə təqdim olunacaq.Ardından isə Milli Məclisə müzakirəsinə çıxarılacaq:
"Neftin 1 bareli təsdiq olunmuş büdcədə 50 dollardır. Lakin reallıqda dünya bazarında onun qiyməti daha çoxdur. Bu isə gəlirlərin artmasına və dürüstlərin aparılmasına şərait yaradacaq. Bununla bağlı cənab Prezidentin xüsusi tapşırığı da var”.
Dürüstləşmənin aparılması bir çox sahənin, xüsusilə sosial sahənin inkişafına təkan verəcək. Millət vəkilinin sözlərinə görə, 2022-ci il büdcə xərclərinin 46,5 %-i sosial istiqamətə yönəldiləcək, bu isə 14 milyard manat vəsaitin ayrılması deməkdir”.
Vüqar Bayramov hazırda layihənin hazırlanma mərhələsində olduğunu və aiddiyyatı qurumların öz təkliflərini verdiklərini bildirib.