azia.az
azia.az

Qazdan istifadə ilə bağlı bu qaydalara əməl etməyənlər cərimələnəcək - VİDEO

3-05-2022, 07:45


Qaz qurğuları və xətləri, tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minib. Bu sahədə texniki müayinə həyata keçiriləcək və nəticədən asılı olaraq tədbirlər görüləcək. Ortada böyük məbləğdə cərimələr var.
Qazdan istifadə ilə bağlı bu qaydalara əməl etməyənlər cərimələnəcək - VİDEO
"Xəzər TV"yə istinadən xəbər verilir ki, bu gündən etibarən qazdan istifadə ilə bağlı bəzi qaydalara əməl etməyənlər cərimələnəcəklər.
Ölkəmizdə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov bildirib ki, bu sahə üzrə texniki müayinələr həyata keçiriləcək və bu müayinələrin nəticələri dövlət orqanları tərəfindən nəzarətə götürüləcək.

Şöbə müdirinin sözlərinə görə, əgər keçirilmiş texniki müayinələlrin nəticəsində hər hansı bir neqativ hal aşkar olunarsa, o zaman bir ay müddətində akt tərtib olunacaq və 1 ay müddətində istehlakçıya vaxt veriləcək ki, məcburi qaydada həmin neqativ halları aradan qaldırsın.

Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200-400 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 2500-3000 manat arasında cərimə ediləcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi