azia.az
azia.az

Yağışlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama

17-10-2016, 10:30

Yağışlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama
Azərbaycan ərazisində müşahidə olunan yağışlı, qeyri-sabit hava şəraiti oktyabrın 19-u gündüz saatlarınadək davam edəcək

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, ölkə ərazisində havaların bu cür soyuması şimal-qərbdən hərəkət edən soyuq hava kütlələri ilə əlaqəlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 16-sı gündüzdən 17-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edərək şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Qar örtuyünün hündürlüyü Böyük Qafqazın dağlıq və dağətəyi rayonlarında: Xınalıqda 18, Qonaqkənddə 11, Qırızda 7, Susay, Rük MM-da 6, Ləzədə 5, Nohurdüzündə 4, Xaltanda 3, Altıağacda 2, Sarıbaşda (Qax) 3 sm təşkil edib.

Bakıda və Abşeron yarımadasında 43 mm-dək, Böyük Qafqazda: Şinçay HMM-da 42mm, Şəkidə 34mm, Qalacıq (İsmayıllı), Kürmükçay-İlisuda (Qaxbaş) 32mm, Oğuzda 30mm, Qaxmuğal MM, Sarıbaşda (Qax) 29mm, Kişçayda (Şəki) 27mm, Balakəndə 26mm, Qaxda 24mm, Zaqatala, Qəbələ, Xaltanda 18mm, Şamaxıda 14mm, Qubada 13mm, Altıağacda 12mm, Mərəzə, İsmayıllıda 9mm, Nabranda 7mm, Xaçmazda 5mm, Şirvanda 1mm yağıntı düşüb. Yağan leysan yağışlarla əlaqədar Balakənçay, Talaçay, Kürmükçay və Kişçayda sululuq artıb.

Kiçik Qafqazda: Göygöldə 2, Gədəbəy, Daşkəsəndə 1mm, Qazax-Gəncə zonasında: Tovuzda 12, Köçəsgərdə 9, Ağstafada 7, Düz Qışlaq, Dağ Kəsəməndə 5, Ağdamda 3, Ceyrançöl, Naftalan, Gəncə, Hacıkənd, Şəmkirdə 1-2 mm yağıntı düşüb.

Lənkəranda yağıntının miqdarı 81, Göytəpədə 20, Astarada 16, Lerikdə 11, Rvarudda 7, Yardımlıda 6, Biləsuvarda 1 mm təşkil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi