Azərbaycanda yağışlı hava şəraiti davam edəcək
“Ölkə ərazisində hazırda qeyri-sabit havaşəraiti sentyabrın 25-i gündüzədək davam edəcək”
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, sentyabrın 24-də günün ikinci yarısından başlayaraq bu gün səhərə kimi ölkə ərazisində hava şəraiti qeyri-sabit olub: “Şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub”.